İyulun 15-də saat 22:00 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Boladi kəndindən keçən hissəsində baş verən yol qəzasında yeddi nəfər yaralanıb.
Məlumatına görə sürücü hadisə yerində ölüb. Yaralılar 2001-ci il təvəllüdlü Süleymanlı Fatimə Elman qızı, 2007-ci il təvəllüdlü Süleymanov Rüfət Valeh oğlu, 2009-cu il təvəllüdlü Süleymanova Gülsüm Valeh qızı, 1973 cü il təvəllüdlü Süleymanov Valeh Kamal oğlu, 1980-ci il təvəllüdlü Süleymanova Nuranə Süleyman qızı və onun əkiz bacısı Süleymanlı Səkinə Elman qızı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.
Xəstələrə ilkin tibbi xidmətlər göstərilib. Yaralılara bud sümüyünün sınığı, təpə nahiyəsinin əzilmiş-didilmiş yaraları, sağ yuxarı ətraf və burnun sıyrılmış yaraları diaqnozu qoyulub.
Qeyd edək ki, hadisə yerində dünyasını dəyişən sürücü Elman Süleymanov polis nəfəridir.