USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Xaçmazın İzmayılovka adlanan ərazisində bıçaqlanma hadisəsi baş verib.
Foto.info.az “Report”-a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Beykəs Qədeşbala oğlu Süleymanov və onun oğlu, 1988-ci il təvəllüdlü Kamran Beykəs oğlu Süleymanov yaşadıqları evin həyətində bıçaqlanıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Müayinə zamanı Kamran Süleymanova qol nahiyyəsi və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, Beykəs Süleymanova isə qarın boşluğunun daxilə nüfuz edən kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.
Faktla bağlı araşdırmalara başlanılıb.