USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Nizami rayon polis idarəsindən "Foto.info.az"-a verilən məlumata əsasən noyabrın 14-ü saat 16:24-də paytaxtın Heydər Əliyev prospekti 155 ünvanda Masallı rayon sakini, 1997-ci il təvəllüdlü Müseyibov Sənan Tehran oğlu idarə etdiyi "Tayota" markalı avtomobillə 35-40 yaşlarında naməlum kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.