Avqustun 17-si saat 03:10 radələrində 1992-ci il təvəllüdlü paytaxt sakini Nəsirov Vüsal Məmmədəli oğlu idarə etdiyi "Mercedes" markalı avtomobil ilə paytaxtın Nərimanov rayonu, K.Rəhimov küçəsi 12 ünvanın qarşısında piyada keçidi olmayan yerdən yolu keçən 1986-cı il təvəllüdlü Eyvazov Feyruz Emruz oğlunu və 1988-ci il təvəllüdlü Ağayeva Elnurə İzzətalı qızını vurub.
Nəticədə Feyruz Eyvazov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Elnurə Ağayeva isə qapalı kəllə-beyin travması və sol ayağın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.