USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
“2020-ci ilin dekabr ayından indiyə kimi 12 min şəhid ailəsi və müharibə iştirakçıları sosial qayğı ilə əhatə olunub”.
Bunu Nazirlər Kabinetinin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, yeddi mindən çox şəxs sosial ödənişlər almağa başlayıb:
“Onlara təqaüd, müavinətlər təyin edilib. İki min ailə özünüməşğulluq proqramı çərçivəsində məşğulluq proqramlarına cəlb olunublar.
Üç mindən artıq ailəyə isə sosial-psixoloji dəstək göstərilib, eyni zamanda reabilitasiya xidmətlərinə cəlb edilib”.