USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
“Artıq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan evlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi ilə bağlı işlərə başlanılıb”.
Foto.info.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
O qeyd edib ki, yeni mənzil proqramı Vətən Müharibəsinin iştirakçılarına, şəhid ailələrinə şamil ediləcək.
Aidiyyəti qurumlarla proqramların hazırlanması və icrası istiqamətində detallar müzakirə olunacaq. Bu barədə geniş məlumat veriləcək”.
O qeyd edib ki, məcburi köçkünlər Qarabağa qayıtdıqdan sonra mənzillərlə bağlı məsələyə də baxılacaq.