USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
Bu barədə President.az xəbər verir.
Sərəncamla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilir:
polkovnik Fərid Əlibaba oğlu Əliyevə;
polkovnik Namiq Süleyman oğlu Bayramova;
polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.