USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı dəyişib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin saytı xəbər verib. Məlumata görə, bu vəzifə general-mayor Kulakov Kiril Denisoviçə həvalə edilib.
Kulakov 20 iyul 1969-cu ildə anadan olub. 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri olub.
Onun sələfi, general-polkovnik Aleksandr Lentsov cari il aprelin 25-də təyin edilmişdi. O, bu vəzifədə Andrey Volkovu əvəzləmişdi.