Kolumbiya Səfirliyi iş adamlarını 20-26 oktyabr 2021-ci il, virtual və üz-üzə formatda keciriləcək 7-ci İnvestisiya Sammitinə dəvət edir.
Sammitin açılışında Kolumbiya Respublikasının prezidenti İvan Duke, bir neçə nazir, ProColombia adlanan İxrac, Turizm və İnvestisiyaların Təşviqi Agentliyinin prezidenti Flavia Santoro və digər yüksək vəzifəli şəxslər Kolumbiyaya sərmayə perspektivlərini və imkanlarını təqdim edəcəklər.
İnvestorlar üçün müxtəlif imkanları bir araya gətirirən bu sammit, ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsi baxımından ən əhəmiyyətli tədbir sayılır. Bu sammit Kolumbiya hökumət rəsmiləri, müxtəlif iqtisadi sektorlardan olan və xarici sərmayə və ya strateji ittifaqlar axtaran Kolumbiya şirkətləri və layihələri, müxtəlit təşkilatlar, birliklər, azad iqtisadi zonalar və regional təşviq agentlikləri ilə əlaqə qurmağa imkan verir.
7-ci İnvestisiya Sammitində xarici investorlar biznes imkanlarını müəyyən etmək, strateji ittifaqlar yaratmaq, layihələrə qoşulmaq və Kolumbiyaya gəlmək üçün əsas təşkilatlarla görüşmək üçün yerli şirkətlərlə virtual görüşlər təşkil etmək imkanı əldə edəcəklər.
2020-ci ildə keçirilən son İnvestisiya Sammiti, 2000-dən çox iştirakçının, o cümlədən 1085 ölkədən 50 investorun iştirakı ilə virtual və əyani formatda baş tutmuşdur. İnfrastruktur, texnologiya, aqrar-sənaye, energetika və turizm kimi sektorlarda öz inkişafı üçün müttəfiq axtaran 230 layihə təqdim olunmuş və ölkəyə 1.330 milyard ABŞ dolları dəyərində 14 yeni birbaşa xarici investisiya elan edilmişdir.
İştirak etməkdə xüsusi marağınız olduğu təqdirdə sizi aşağıdakı linkə daxil olmağa dəvət edirik. Burada siz həmçinin müvafiq sektorlar və altsektorları tapa bilərsiniz:
https://colombiainvestmentsummit.co/en
7-ci İnvestisiya Sammitində marağlı olan bütün şəxslərə iştirak etmək üçün qeydiyyat prosesini asanlaşdırmaq üçün Kolumbiya səfirliyi öz köməkliyini göstərməyə hər zaman hazırdır. Bunun üçün Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyi ilə [email protected] elektron poçt vasitəsilə əlaqə saxlamanızı xahiş edirik