Ələt Azad İqtisadi Zonasının yaradılması qeyri neft sektorunun inqilabi dəyişikliyi deməkdir.
Cənab Prezident İlham Əliyevin dediyi kimi, pandemiya planlarımızı təxirə salsa da, indi həm ölkəmizdə, həm də bir çox ölkələrdə pandemiya səngiyir. Təməl qoyma mərasiminin keçirilməsi Azərbaycanın bu prosesə tam hazir olduğunu göstərməkdədir.
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.
S.Adgözəlli vurğulayıb ki, Prezident İlham Əliyevin xarici investorların prosesə cəlb edilməsi ilə bağlı verdiyi tapşırıqlar Ələt Azad İqtisadi Zonanın ölkəmiz, region və dünya iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyətə malik oldugu göstərir: "Xarici sərmayənin bu prosesə cəlb edilməsi üçün ölkəmizdə saglam iqtisadi mühüt formalaşıb.
İllərdir həyata keçirilən beynəlxalq layihələrdə iştrakımız Azərbaycanın bu yöndə etibarlı tərəfdaş, stabil ölkə olduğunu nümayiş etdirib.
Ələt Azad İqtisadi Zonası ölkəmizin növbəti iqtisadi yüksəlişinin təməlidir. Neft asılılığından xilas olub qeyri neft sənayesinin inkişafına qədər mühüm bir dəyişkliyin şahidi olacağiq. Qarabağda Ordumuzun böyük qələbəsi, Azərbaycanda təhlükəsizliyin təmin edilməsi, sabitlik mühiti qoyulacaq sərmayənin şərtləndirən əsas amillərdəndir. Azərbaycan miqiyasca bu böyuk iqtisadi mərhələyə tam hazırdır.
Prezident İlham Əliyevin və dövlətimizin dünyada yüksələn nüfuz və etibarlığı xarici sərmayadarları Ələt İqtisadi Zonasina cəlb edəcəkdir".