Pandemiyadan özünü və digərlərini qorumaq
məqsədi ilə qoruyucu maskalardan istifadə
olunması ilə bağlı Müstəqil Xalq Partiyasının
X A L Q A M Ü R A C İ Ə T İ
Əziz həmvətənlərim koronavirus pandemiyası yoluxma səviyyəsinə görə bütün dünyanı cənginə almaqla səhiyyə sistemini iflic vəziyyətinə salıb. Bütün dünya dövlətləri kimi Azərbaycan Respublikasında da bu bəladan qurtarmaq üçün dövlət tərəfindən görülən tədbirlər alqışlanır və hər birimiz dövlətin çağrışına dəstək olmalıyıq.
Bizim üzərimizə düşən vəzifə nədir – gigyenik qaydalara əməl etmək, məsafə saxlamaq və qoruyucu maskalardan istifadə etmək. Gəlin bu sahədə Azərbaycan Respublikasının Konstitusiya aktı ilə müəyyən olunmuş vətəndaş vəzifələriimiz layiqincə yerinə yetirək.
Qoruyucu maskalardan istifadə edək. Günü-gündən artmaqda olan yoluxanların sayını azaldaq. Xalqımızı, dövlətimizi, gələcəyimizi qoruyaq. Tarixin bu sınağından şərəflə çıxaq. Bütün xalqımı bu çağrişa dəstək olmağa çağırıram. Bu təcavüz altında qalan torpaqlarımızın azad olunması və gələcəyimiz ugrunda mübarizəmizin təminatına bir çağrışdır.
Əflan İbrahimov
Müstəqil Xalq Partiyasının sədri