Ruslan İzzətlinin xanımı Günel Manaflı yazır:
“Hər bayramda atası ilə yumurta toqquşdurardı, uduzan udana hədiyyə alardı. Bugün oğlum soruşur ki,ana bugün atam gələcək,bayramdır axı... Hər axşam atası ilə müxtəlif oyunlar oynayardılar,indi hər axşam atasını axtarır... atasını,oyun yoldaşını,güvən yerini... və ona görə narahatlığını hiss edirəm. Həbsdə olduğunu düşünmür, ən pisi başına bir iş gəldiyini düşünür. Çoxlu suallar verir,cavabını bilmədiyim suallar...
Təkliyə meyl edir,yemək yemir... Atası əsgərliyə aparılarkən 2 yaşı vardı. O zaman aldığı psixoloji travmanın fəsadlarını hələ də tam aradan qaldırmamışkən indi də bu cür zərbə vurdular körpəmə...Bu uşağın (uşaqların) ahı yerdə qalmayacaq, əmin olun.
Xəstə halda Ruslan İzzətliyə sağlamsan deyib əsgərliyə apardılar. Amma sonra özləri əməliyyata alıb,xəstə olduğunu etiraf etdilər. Buradan da üz ağ çıxdı.... Müharibə başladı ,tam sağalmamış könüllü müharibəyə qatıldı, 2 medalla təltif edildi.
İndi də xəstəliyi həyati təhlükə yaratdığı halda həbsdə saxlayırlar... Buradan da üzü ağ çıxacaq,çünki başını aşağı əyəcək heçnə etməyib! IzzetliRuslanın dərhal azadlığa buraxılmasını tələb edirəm!”