Ruslan İzzətlinin həkimi ilə görüşüb durumu haqda danışdım. Hər hanısa dərman göndərə bilərəmmi deyə məsləhətləşdim. Təəssüf ki, onun dərmanlıq olmadığını, əməliyyat olunmasının vacibliyini vurğuladı. Həkim dedi ki, ödü hər an "pristup" verə bilər. o zaman təcili xəstəxanaya çatdırılmalıdır. Yaxşı olardı ki, bu baş vermədən əməliyyat gerçəkləşsin. Çünki çatması geciksə, qanına zəhərlənmə keçə bilər.
Ruslan evdə olarkən də yediklərini qaytarırdı. Öd həzm etmirdi, onda ağrı, ağızda acılıq və ürəkbulanma, qaytarma halları olurdu. Soyuqdəymə olduğu, öskürdüyü üçün əməliyyat təxirə salınırdı.
Bununla bağlı narahatlığımı Ombudsmanın köməkçisinə də bildirdim.
Ümid edirəm, bir tədbir görüləcək...
Onun başına bir iş gələrsə, məsuliyyətini bu hakimiyyət daşıyır!