Almaniyada siyasi mühacir həyatı yaşayan Vüsal Hüseynov və Elvin Şıxəliyevin təşkilatçılığı ilə 21.08.2023 etibarən Berlində - Almaniya Xarici İşlər Nazirliyinin binası önündə oturaq aksiyası keçirilir.
Aksiya Azərbaycandakı siyasi həbsləri, repressiyaları Almaniya və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə təşkil edilib. Aksiyanın təşkilatçısı Vüsal Hüseynovun redaksiyamıza verdiyi məlumata görə son zamanlar Azərbaycanda siyasi məhbusların sayı artıb. Hazırda ölkədə 200-dən artıq siyasi məhbus var. Hakimiyyəti sərt tənqid edənlər isə müxtəlif yollarla şərlənərək həbs olunublar. Aksiyanın əsas məqsədi represiyaya son qoymaqdır.
Aksiya iştirakçılarından Oqtay Allahverdiyev qanunsuz həbs olunan iqtisadçı alim Qubad İbadoğlunun qeyri şərtsiz azad olunmasını tələb edir.
Aksiyanın digər iştirakçısı Hacı Kəlpəlizadə saxlanılan və həbs olunan siyasi və vicdan məhbuslarına həbsxanalarda verilən işgəncələrə son qoyulmasını tələb edir.
Siyasi məhbuslara azadlıq tələbi ilə təşkil olunan aksiyanın yaxın 10 gün davam edəcəyi bildirilir.
-