Dünən Almaniyada yaşayan DAS təşkilatının fıalları şərlənərək Azərbaycanda həbs olunan siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirib. Almaniyanın nüfuzlu PNP xəbər agentliyi “Emin Məlikova azadlıq” sərlövhəli məqala paylaşıb.
Məqalədə İlham Əliyev rejimi tərəfindən siyasi məhbuslara verilən işgəncələrdən, siyasi məhbusların vəkil və tibbi xidmətlərdən məhrum olunmasından bəhz olunur.
Həmçinin eirazçıların “Əliyev ailə diktaturasına son, “Emin Məlikova azadlıq” tələbləri məqalədə öz əksini tapıb.
PNP xəbər agentliyi
Qeyd edək ki, Almaniyada mühacir həyatı yaşayan azərbaycanlı fəalların Hacı Kəlpəlizadə və Vüsal Hüseynovun təşkilatçılığı ilə Passau şəhəri “Passau Zeitung” yerli mətbuat ofisinin qarşısında eləcə də Bavariyanın Deggendorf şəhərində BAMF-ın qarşısında siyasi fəallardan Elvin Şıxaliyev və Vüqar Xuduyevin təşkilatçılığı ilə Almaniyadan deport olunaraq Azərbaycanda şərlənərək qanunsuz həbs olunan Cəfər Mirzəyev, Emin Məlikov, Malik Rzayev, Mütəllim Oruc, Pünhan Kərimli, Samir Aşurov və Anar Əliyev siyasi dustaqlara azaqlıq tələb etmişdilər. Həmçinin onların əsas tələblərindən biri də Almaniya hökumətinin siyasi məhbuslara qarşı biganə qalmasına etiraz ediblər.