Bu gün Azərbaycanın hakimiyyət mediyası Ərdoğanın anti-FETÖ təbliğat maşınının uğurla davam etdirir.
Təyin olunan deputatlar şərlənərək həbs olunan iqtisadçı alim Qubad İbadoğlunun və Türkiyədə yaşayan iş adamı Mübariz İbrahimovun FETÖ ilə əlaqələndirirlər.
Hansı ki, Ərdoğanın FETÖ adlandırdığı "Terror örgütü" dünyanın heç bir ölkəsi "terror" təşkilatı kimi tanımır.
Mətbuatda bu cür yazılar yazmaqla bəzi yataqlar hakimiyyətə xoş olmaq üçün canfəşanlıq edirlər.
Bu və ya diğər saytlarda yazılar yazdıran "qəhrəmanlar" unudublar ki, Azərbaycanda 90-cı illərin əvvəllərində mərhum ümummilli lider Heydər Əliyev şəxsən Fətullah Gülən camaatının Azərbaycanda sağlam təhsil vermək üçün ÇAĞ öyrətim işlətmələrinin fəaliyyətinə icazə vermişdi.
Məqalə sahibləri təhsildə gənclərin dünya olimpiyadalarında elm sahəsində qazandıqları uğurları görmür. Onların gözünü rüşvət, korrupsiya kor edib.
Zaman gələcək bu məqalələri yazanlar özləri ölkədə ixtişaşlar törətmək üçün kimlərinsə sifarişlərini yerinə yetirəcəklər. Bu mənəviyyətsizlər tarix qarşısında cavab verəcəklər.