USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
“FETÖ 170 ölkədə fəaliyyətini hələ də davam etdirir”.
Bu fikirləri Türkiyənin Azərbaycandakı səfirliyinin daxili işlər müşaviri Mustafa Çakır Türkiyənin 15 İyul - “Demokratiya və Milli Birlik Günü” münasibətilə Bakıda keçirilən konfransda səsləndirib.
Onun sözlərinə görə, FETÖ-nün əsas Mərkəzi Amerika, daha sonra Almaniyadır:
“Onlar burada erməni diasporu, eyni zamanda cinsi azlıqlardan təşkil olunmuş quruluşlarla əməkdaşlıq edirlər”.
“Məsələn, Almaniyada FETÖ terror təşkilatının üzvlərinə maddi yardımlar edilir, işlə təmin olunmasına kömək edirlər”, - diplomat qeyd edib.
M.Çakır vurğulayıb ki, Maarif Vəqfi 230 tədris mərkəzini FETÖ-nün caynaqlarından qurtararaq öz himayəsinə alıb.