Söyüdlü kənd sakini Hacıyeva Dilarə Adil qızı zəng eləmişdi.
Deyir ki, həyat yoldaşı Əsgərov Şöhrət Mehman oğlunu oğurlayıblar, harada saxlandığı barədə də məlumat verilmir.
Artıq 4 gündür.
Şöhrət Əsgərov xəstə uşağına dərman almaq üçün Söyüdlüdən Gədəbəyə gedərkən saxlanılıb.
Dilarə Hacıyeva əlavə edir: “Bir neçə dəfə Gədəbəy RPŞ- nə getmişəm, amma heç kim qəbul etməyib, məni qovublar. Çox naraharam. Yoldaşıma yəqin işgəncə verirlər…”
Şöhrət Əsgərovun xəstə anası və 2 azyaşlı uşağı var.
Məlumat verirlər ki, Gədəbəy Rayon Polis Şöbəsinin rəisi övladlarını axtaran Söyüdlü kənd sakinlərini hədələyir, vəkil və hüquq müdafiəçiləri ilə əlaqə saxlayanları təhdid edir, video çəkib mediaya göndərənlərə həbs vəd edir.
Rüfət Səfərov