İrana səyahət etmiş Azərbaycan vətəndaşı Fərid Səfərlidən artıq 2 aya yaxındır ki, xəbər yoxdur.
Bu müddət ərzində Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) dəfələrlə İrana sorğu göndərib, lakin Fərid Səfərlinin harada saxlanılması və taleyi ilə bağlı məlumat verilməyib.
Anası Dilarə Əsgərova deyir ki, özü də İrana səfər edib, Tehran və ətraf bir neçə bölgədə oğlunu axtarıb, lakin ondan hər hansı bir iz tapa bilməyib:
“Nə mən, nə də Azərbaycan hökuməti Fərid haqqında indiyədək dəqiq bir məlumat ala bilmişik. İran hökuməti məlumat vermir. Qardaşım getmişdi, ona deyiblər ki, bizdə deyil, həbs edilməyib. Əgər, həqiqətən, belədirsə, Azərbaycan indiyədək İrana Fəridlə bağlı dəfələrlə nota verib, niyə bu nortalardan birinə rəsmi cavab vermirlər? Vətəndaşa şifahi məlumat vermək asandır”.