"Gədəbəyin Söyüdlü kəndində qızıl mədənləri üçün süni göl düzəltmək istəyirlər, əhali etiraz edib. Etirazın qarşısını almaq üçün kənd əhalisinin üzərinə daxili qoşunları yeridiblər. Polis əhalinin üzərinə gözyaşardıcı qaz ataraq dağıdıb, bəzi sakinlərin döyüldüyü bildirilir.
Sakinlər qızıl mədənlərinin tullantıxanası sayılan bu süni göllərin çox zəhərli olduğunu, həm özlərinə, həm təbiətə, həm də ordakı canlılara zərər verdiyini bildirirlər. Hardadır bizim vətənsevər eko-aktivistlərimiz? Qeyd edim ki, qızıl mədənləri birinci ailəyə məxsusdur."
P.S. Millət bu qədər dəyərsizdir, insan həyatına bu qədər biganəsinizmi? Axı qızıl mədənlərindən tullantıların tərkibində olan kimyəvi tullantılar nəin ki, insan həyatına, bütövlükdə təbiətə, ətraf mühitə ölüm təhlükəsidir.
BU BİABIRÇILIĞI QURTARIN!
Həmən videoyaya baxdım. Sanki Azərbaycan xalqı quldur. Haqqın tələb edir deyə ağası döyürlər, söyürlər, təhqir edirlər.
Bir gün bu zülmünüzün cavabını Allah verəcək.