Qızılın qiyməti ABŞ-ın əmək bazarı ilə bağlı məlumatların açıqlanması fonunda yüksəlib.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 20.46-ya olan məlumata görə, Nyu-Yorkun Comex birjasında qızılın fevral fyuçerslərinin qiyməti 1,57% bahalaşma ilə 1 troya unsiyası üçün 1862 dollar təşkil edib.