Prezident təqqüdləri nə qədər artdı?
Prezident təqaüdlərinin artırılması ilə bağlı fərman imzalandı. Artımlar gözləndiyi kimi orta hesabla 15 faiz oldu. 2023-cü il yanvarın 1-dən hansı prezident təqaüdlərinin məbləğləri nə qədər artıb, məlumatını burda verirəm, suallarınızı yazarsınız, cavabları və şərhləri bugün sat 21-də BİZ TV-də təqdim edəcəm.
1. Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən prezident təqaüdünün məbləği 1-ci qrup əlillər üçün 400 manatdan 500 manata, 2-ci qrup əlillər üçün 350 manatdan 400 manata, 3-cü qrup əlillər üçün 300 manatdan 330 manata qaldırılıb.
2. 20 Yanvar şəhidinin ailəsi və Şəhid ailəsi üçün prezident təqaüdünün məbləğinin artırılması,500 manatdan 600 manata qaldırıldı.
3. Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən prezident təqaüdünün aylıq məbləği 210 manatdan 300 manata qaldırıldı.
4. Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə prezidentin təqaüdünün aylıq məbləği 80 manatdan 100 manata qaldırıldı.
5. Fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 180 manatdan 200 manata, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 120 manatdan 150 manata qaldırılıb.
6. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 1500 manat müəyyən edilib.