Azərbaycanda 2023-cü il üçün ehtiyac meyarının həddi və yaşayış minimumu ayda 246 manat məbləğində müəyyən edilib. Bu o deməkdir ki, 246 manatdan aşağı ödəniş ola bilməz, çünki ondan aşağı məbləğlı bir ayın xərclərini qarşılamaq mümkün deyil.
Amma buna baxmayaraq pensiyaların minimum məbləği 240 manat, yaşa görə müavinət 180 manat, müharibə iştirakçılarının müavinəti 80 manat olaraq qalır. Sizcə, 40 ölçülü ayağa 38, 37 və ya 32 ölçülü ayyaqqabı geymək olarmı?
Bu hakimiyyət utanmadan qocalıq müavinəti və minimum pensiya ətrafında təqaüd alan ahıl yaşlı əhalini, müharibə iştirakçılarını buna da məcbur edir. Hesab edirəm ki, bu sosial ədalətsizliyi və iqtisadi uyğunsuzluğu aradan qaldırmaq üçün müharibə iştirakçılarının müavinəti 160 manata, yaşa görə müavinət 250 manata, minimum pensiya məbləği isə 300 manata çatdırılmalıdır.
Qubad İbadoğlu, ADR Partiyasının sədri