Axır ki, bizi də eşitdilər, davamlı qınaqlardan sonra İlham Əliyev əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılması, minimum aylıq əməkhaqqının məbləğinin 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilməsi barədə sərəncam imzaladı. Adətən bunu təqvim ili dəyişməmiş edirdilər. Amma bu il görünür ki, uzun müzakirələrdən sonra gec də olsa qərar veriblər. Amma bir daha bəyan edirəm ki, Azərbaycanın üzv olduğu Avropa Sosial Xartiyası qarşısında götürdüyü öhdəliyə görə ölkədə minimum əmək haqqı orta aylıq əmək haqqının 60 faizindən yüksək olmalıdır. Bu isə o deməkdir ki, minimum əmək haqqı ən azı 500 manat təşkil etməlidir. Heç olmazsa 350 edərdilər, görəsən 345 manat kimin ağlının məhsuludur? İşçiləyənlərdən 5 manatı da i kəsməyi qənimət biliblər. Minimum əmək haqqı həmçinin saata görə müəyyənləşdirilməlidir. Bundan sonra bu göstərici 1 saata 1 manat 76 qəpik edəcək.
Gubad İbadoğlu
(Almaniyada bu göstərici 1 saat üçün 12 avro dəyərindədir)