USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Kür çayında balıq tutmaq istəyən şəxs batıb. Hadisə çayın Tovuz rayonun Qədirli kəndindən keçən hissəsində qeydə alınıb.
Rayon sakini 1975-ci il təvəllüdlü Eldəniz Mikayıl oğlu Məmmədov Kür çayında balıq tutan zaman batıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat verilib. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Hazırda onun axtarışları davam etdirilir.