USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Kürdəmir rayonunda avtomobil su kanalına düşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Sor-Sor kəndi ərazisində içərisində 1 nəfərin olduğu ehtimal edilən "Toyota" markalı minik avtomobilinin Yuxarı Şirvan su kanalına düşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.