Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Cozef Bayden arasında görüş keçiriləcək.
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın CNN Türk-ə müsahibəsində bildirib ki, noyabrın 15-16-da İndoneziyada təşkil olunacaq G20 sammiti çərçivəsində Bayden Ərdoğanla görüşəcək.