ABŞ Prezidenti Co Bayden noyabrın 11-də COP27 BMT-nin iqlim dəyişikliyi sammitində iştirak etmək üçün Misirə səfər edəcək. Orada o, dünyanı “bu həlledici onillikdə” hərəkətə keçməyə çağıracaq. Bu barədə cümə günü Ağ Ev məlumat verib.
Ağ Ev bəyanatında bildirib ki, Bayden daha sonra 12-13 noybar tarixlərində Kambocada illk ABŞ-ASEAN sammiti və Şərqi Asiya sammitlərində iştirak edəcək. Bəyanatda həmçinin qeyd olunub ki, Bunun ardınca Bayden böyük iqsadiyyatlardan ibarət İyirmilər qrupunun sammitində iştirak etmək üçün 13-16 noyabr tarixlərində İndoneziyaya səfər edəcək.
İsrael Prezidenti İsaak Herzoq Baydenin Misirə səfəri barədə məlumatı ilk dəfə çərşənbə günü ABŞ Prezidenti ilə Oval ofisdə görüşü zamanı məlumat paylaşmışdı.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib ki, Bayden COP27 sammitindən “Birləşmiş Ştatların qlobal iqlim mübarizəsini irəlilətməks və ən təhlükədə olan insanların iqlimin təsirlərinə davamlılıq yaratmaq üçün öhdəsinə götürdüyü əhəmiyyətli işi davam etdirmək" üçün istifadə edəcəyini söyləyib.
Kambocada Bayden Birləşmiş Ştatlrın Cənub-şərqi Asiyaya davamlı sadiqliyini bir daha təsdiq edəcək, eyni zamanda isə ABŞ-ASEAN əməkdaşlığının regionda təhlükəsilzik və firavanlığın təmin olunması üçün vacibliyini vurğulayacaq.
Ağ Ev bildirib ki, İndoneziyada Bayden G20 tərəfdaşları ilə birlikdə iqlim dəyişikliyi, Rusiyanın Ukraynada apardığı müharibənin qlobal təsiri, o cümlədədən enerji, ərzaq təhlükəsizliyi və əlçatımlılığına, habelə qlobal iqtisadiyyatın bərpası üçün vacib olan bir sıra digər prioritetləri üzərində işləyəcək.
Ağ Evin məlumatına görə, prezidentdən sonra vitse-prezident Kamala Harris də Asiya və Şimali Afrikaya səfər edəcək.
Harris 18-19 noyabr tarixlərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatının liderlərinin görüşündə iştirak etmək üçün Banqkoka səfər edəcək və orada Vaşinqtonun Hind-Sakit Okean regionunda iqtisadi əməkdaşlığa sadiqliyini vurğulayacaq.
Ağ Ev deyib ki, o həmçinin Manilaya səfər edəcək və orada hökumət liderləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək.
Amerikanın səsi