İki gün əvvəl məhkəmənin qərarı ilə barələrində 4 aylıq həbs qəti imkan tədbiri ləğv olunmalıdır. Qarşı tərəfin sübutları ictimailəşdirilməli, cinayət hadisəsi sübut olunduqdan sonra, barələrində həbs qəti imkan tədbiri seçilməlidir.
Əgər iddia edən tərəf tutarlı səbəblərlə cəmiyyət qarşısına çıxa bilmirsə, istintaq zamanı jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində məhkəmə onların ölkəni tərk etməməsi barəsində qərar verməklə sərbəst buraxmalı idi.
Gündəmi zəbt edən bu hadisə cəmiyyətdə iki fikir formalaşdırır.
1. Ya həqiqətən ictimai siyasi fəaliyyətlərinə görə nüfuz qazanan jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov həqiqətən hazırda həbsdə olan iş adamı "Baku Steel Company"-nin direktoru Rasim Məmmədovun ailəsindən müəyyən məqsədlər üçün rüşvət alıb.
2. Ya da hakimiyyət hər iki şəxsi nüfuzdan salmaq üçün növbəti dəfə öz aliliyinə kölgə salmaqla bu addıma əl atıb.
Hər iki halda məhkəmənin qərarı cəmiyyətdə bir mənalı qarşılanmır. Hakimiyyətin bu addımı azad sözü susdurmaq və insan hüquqlarına qarsı aparılan növbəti siyasi repressiya kimi qiymətləndirilir.
Cinayətləri sübut olunana kimi Əvəz Zeynallı və Elçin Sadıqov azad olunmalıdır.