Tanınmış jurnalist "Xural TV"-nin rəhbəri Əvəz Zeynallı həbsdə olan "Baku Steel Company"-nin direktoru Rasim Məmmədovun ailəsi və vəkilindən 20 min manat alması barəsində məlumat gündəmi zəbt edib.
Qarşılığında Əvəz Zeynallı həbsdə olan Rasim Məmmədovu müdafiə etməli imiş. Amma iş adamının pulunu alan jurnalistin məhkumun müdafiə olunmadığını görən ailə üzvləri Əvəz bəyə öz narazılığını bildirib. Nəticədə Əvəz Zeynallı aldığı "bəxşişi" qaytaracağını, və pul müqabilində Rasim Məmmədovu müdafiə deyil, özünün tanıdıqları xəbər saytlarında yazdırdığı məlumatları ictimailəşdirməklə məhkumun piyarını aparacağı barədə razılaşdıqlarını ailə üzvlərinə deyir. Narazı olduğuna görə qarşı tərəfədən aldığı bəxşişi (20 min) manatı qaytara biləcəyini qeyd edir.
İndi millət qalır ki, kimə inansın? Tanınmış hörmətli bir jurnalistin belə rəzil hərəkəti və reklam müqabilində aldığı böyük məbləğdə pul miqdarı insanlarda saf, vicdanlı, əxlaqlı, namuslu mediya nümayəndələrinə etibarı alt üst edir.
Zatən müstəqil, azad mediya yoxdur. Belə tək-tük "guruldayan" jurnalistlərin iç üzü çıxdıqca simasız, tanınmış jurnalistlərə nifrət birə min artır.
Əslində pul heç kəsi qudurtmur. Pul insanın əsil üzünü göstərir.
Heç şübhə etmirəm ki, özlərinə "müxalifət" adı altında kanal açanlar sabah İrandan və Rusiyadan küllü miqdarda yaxşı pul alsalar, onların da reklamını sevə sevə edərlər.
08.09.2020
Bu gün hörmətli Əvəz Zeynallı canıl efirdə ona qarşı iddia olunan rüşvətə cavab verib. Ona qarşı şər və böhtana görə bəzi şəxsləri ittiham edib.
Bu xəbəri çıxaran ya o qədər axmaq, alçaq, şərəfsiz olsun ki, kiməsə şər atsın, kimisə nüfuzdan salmağa çalışsın. Yada həqiqətən əlində tutarlı sübutu var ki, Əvəz bəyi susdura bilsin.
Zaman hər şeyi üzə çıxaracaq.
Həqiqət üzə çıxdıqdan sonra mən haqq olan tərəfdən və oxuculardan yazdığım fikirlərə görə indidən üzr istəyirəm.