USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
NATO təyyarələri 2021-ci ildə müttəfiqlərin hava məkanı yaxınlığında Avropa səmalarında uçan xarici təyyarələri izləmək üçün 370 dəfə havaya qalxıb.
Modern.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
NATO təyyarələrinin 370 uçuşundan 270-i Rusiya təyyarələrinə cavab olaraq həyata keçirilib.
Rusiya təyyarələrinə qarşı müdaxilələrin böyük əksəriyyəti NATO-nun Estoniya, Latviya və Litva üçün hava patrul missiyası həyata keçirdiyi Baltik regionunda baş verib.
NATO təyyarələri havaya qalxdıqdan sonra yaxınlaşan xarici təyyarəni müəyyən etmək üçün hava məkanından çıxana qədər bu təyyarələri izləyib. Bir neçə xarici təyyarənin NATO hava məkanına daxil olduğu bildirilir.