Norveçin xarici işlər naziri Anniken Bitfeldt "VG" qəzetinə müsahibəsində bildirib ki, ölkənin yeni hökuməti NATO-dakı Oslo müttəfiqlərinin Rusiya sərhədləri yaxınlığında hərəkətinin məhdudlaşdırılmasının tərəfdarıdır.
"Norveç üçün bizə yaxın ərazilərdə hərbi mövcudluq vacibdir. Lakin, fikrimizcə, Rusiya sərhədinin bilavasitə yaxınlığında öz gücümüzlə - Norveç təyyarələri və freqatlarının köməyi ilə idarə etsək, daha yaxşı olar. Bu, bizim üçün çox vacibdir”, - Vitfeldt bildirib.
O, bu məsələni Böyük Britaniya və ABŞ-la müzakirə edəcəyini deyib: "Onlar özləri qərar verə bilərlər. Amma biz də öz növbəmizdə Norveçin maraqlarını qorumalıyıq. Və bu ərazilərin müstəqil şəkildə, Norveç silahlı qüvvələri tərəfindən müdafiəsinin qayğısına qalmaq Norveçin maraqlarına uyğundur".