USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
“Səhhətimlə əlaqədar sabah məhkəmədə iştirak edə bilməyəcəm”.
Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə Mixail Saakaşvili bildirib.
"Səhhətimlə əlaqədar sabahkı prosesdə iştirak edə bilməyəcəm"-deyən həbsdə olan eks-prezident əlavə edib:
"Məhkəməyə qatılmaq istəyirdim, çünki bunun səbəbi aylardır mənə görə əziyyət çəkən insanları ruhlandırmaq və dəstəkləmək idi.
Bu insanlar dərhal azad edilməli və ailələrinə qaytarılmalıdır".
Məlumat üçün bildirək ki, 9 dekabr tarixində M.Saakaşvilinin məhkəmə prosesi keçiriləcək. O, Dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur.