“Hraparak” qəzeti yazır ki, Ermənistan parlamentinin hakim fraksiyası “Hayastan” müxalifət fraksiyasının tələbi ilə keçiriləcək növbədənkənar iclasında iştirak etməyəcək.
Cümə axşamı Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 15-də Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərinin müzakirəsi planlaşdırılan növbədənkənar iclas keçiriləcək. Parlamentdə sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı bəyanat layihəsinə baxılacaq.
Bəyanat layihəsini noyabrın 25-də dinləmələrdə “Hayastan”dan parlamentin vitse-spikeri İşxan Saqatelyan təqdim edib.
Dekabrın 7-də hakim çoxluq layihəyə baxılmasını növbəti plenar iclasın gündəliyinə daxil etməkdən imtina edib. Deputat Hayk Konjoryan cavab verdi ki, bəyanatın mətni daxili siyasi məzmun daşıyır və şəxsi məqsədlər güdür.