Zikr.az: Namaz dinin dirəyidir və bəndə ilə Rəbbi arasında olan bir bağdır. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Sizdən biri namaz qıldıqda öz Rəbbi ilə gizli söhbət edir.” Namaz bəndənin öz Rəbbinə olan məhəbbətinin əlaməti və Onun nemətlərinin qədirini bilməsidir. Namaz Peyğəmbərə və onun ümmətinə vacib buyurulan ilk ibadət ayini, tək Allaha olan itaətin və təslimiyyətin göstəricisi və nəfsin tərbiyəsidir. Namaz insanı günahlardan təmizləyir və qoruyur. Uca Allah buyurur: “Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir” (əl-Ənkəbut, 45). Peyğəmbər səhabələrinə demişdir: “Deyin görüm, əgər birinizin evinin qarşısından bir çay axarsa və o hər gün orada yuyunarsa, onun üzərində çirk qalarmı?” Onlar dedilər: “Onun üzərində çirkdən heç bir əsər-əlamət qalmaz.” O buyurdu: “Beş vaxt qılınan namaz da belədir, Allah onun vasitəsilə günahları silib yox edir”.
Namaz qılmağın qaydası - ZİKR.AZ
Namaz qılmağın qaydası - VİDEO