USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Bakının Xətai rayonunda yerləşən Nəsrəddin Tusi küçəsinin sakinləri təhlükə ilə üz-üzə qalıb.
N.Tusi 21-in sakinləri Cebhe.info-ya bildirib ki, 2 aydan çoxdur ki, su xəttlərinin təmiri ilə əlaqədar həyətdə böyük quyu qazılıb. Borular təmir olunsa da, quyu doldurulmayıb. “Yaşlılar, uşaqlar həyətə düşür, istirahət edir, oynayırlar.
Əhmədli sakinləri təhlükə ilə üz-üzə:
İnsanların hər an bu quyuya düşmək təhlükəsi var. Quyunu Su-Kanal İdarəsi qazıb. Ancaq su borularını təmir edib gediblər, quyu isə ağzı açıq qalıb.
Dəfələrlə 87 saylı Mənzil İstismar Sahəsinə (MİS), İcra hakimiyyətinə müraciət etsək də tədbir görən yoxdur”, - deyə sakinlər bildirib.