Adı yerli KİV-də müxtəlif şikayətlərin hədəfi olan və eyni zamanda qalmaqallarda, habelə keçmiş MTN şefi Eldar Mahmudovla əlaqədə hallandırılan "Optimal Electronics" şirkəti deyəsən müştəri məmnuniyyətindən, müştəri hüquqlarından heç nə anlamır. Hər halda görünəni budur və günü-gündən bu qurumun satış şəbəkələri ilə bağlı şikayətlər artmaqdadır.
foto.info.az onlardan növbətisini təqdim edir. Belə ki, Bakı sakini Sanur Həsənli sosial şəbəkədə başına gələnləri belə nəql edir:
Adı Eldar Mahmudova bağlı olan "Opitmal Electronics"dən daha bir şikayət...
"Optimal Electronics"dən soyuducu almışıq. Lakin deffekt çıxıb. Dəfələrlə şikayət etməyimizə baxmayaraq günü-gündən vaxtı uzadırlar ki, məhsulun etibarlılıq müddəti keçsin. Baş ofisə də gedib bu barədə şikayət ərizəsi yazılsa da, təsiri olmadı.
Usta gətirib qapısını dəyişdilər guya... Usta da soyuducunun qapısını göz görə-görə deşib əzdi. Üzümüzə durdu ki, mən eləməmişəm: "Gedin kimə istəyirsinizsə, şikayət edin... onsuz da baxan olmayacaq".
Bu sözləri elə "Optimal" şirkətinin işçisi dedi. "Optimal"dan heç kim heç nə almasın, deffekt malları sırıyıb, sonra da yiyə durmurlar".
Vətəndaşın iddia etdikləri ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...