Dekabrın 8-i gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olmuş qəhrəmanımız Siyəzən rayon, Zarat kənd sakini Əliyev Asif Adil oğlu torpağa tapşırılıb.
Vida mərasimində Milli Məclisin deputatları Sadiq Qurbanov və Aydın Mirzəzadə, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, digər vəzifəli şəxslər, şəhidin doğmaları, şəhid anaları və rayon ictimaiyyəti iştirak ediblər.
Qeyd edək ki, şəhid Əliyev Asif 44 günlük vətən müharibəsinin iştirakçısı olub. Şücaətli döyüşünə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Sizin haqqınız heç bir zaman ödənməz igid şəhidlərimiz.