Özəl klinikalarda COVİD-19 analizi verən vətəndaşların analizinin nəticəsi müsbət çıxsa da, onların adları portala salınmır. Bu da vətəndaşın viruslu halda cəmiyyət içərisinə çıxmasına və virusun yayılmasına zəmin yaradır. “Avrasiya” klinikası və bir çox özəl klinikalarda açıq bazar hökm sürür. Koronavirusa yoluxan xəstədən adının portala salınması üçün ödəniş etməsi tələb olunur.
Bu barədə Axar.az-a daxil olan vətəndaş şikayətində bildirilir.
Məsələ ilə bağlı saytımıza açıqlama verən TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, özəl klinikalar TƏBİB-in tabeliyində deyil, TƏBİB yalnız dövlət xəstəxanalarına cavabdehdir.
Vətəndaşların şikayəti əsasında Səhiyyə Nazirliyinə sorğu göndərilib.