USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Azərbaycanda son sutkada koronavirusa 162 yeni yoluxma faktı qeydə alınıb, 361 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 230 617 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 224 168 nəfər müalicə olunaraq sağalıb, 3 145 nəfər vəfat edib, aktiv xəstə sayı 3 304 nəfərdir.
Ölkədə son sutka ərzində 7 198, hazırkı dövrədək isə 2 426 945 test aparılıb.