USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Türkiyənin Malatya şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Episentri Kale mahalı olan zəlzələ bir çox vilayətdə hiss olunub. 3 binada qismən çökmə baş verərkən, can itkisinin olmadığı açıqlanıb.
Malatyada 4 nəfər hündürlükdən yıxılma kimi səbəblərdən, Şanlıurfada isə bir evin eyvanının çökməsi nəticəsində 1 nəfər yaralanıb. Elazığ valisi Numan Hatipoğlu zəlzələdə 94 nəfərin yaralandığını, 2 binanın ciddi ziyan gördüyünü bildirib.