USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 2 nəfər vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü Nihad Yalçın oğlu Mirzəyev "Qızılqum" dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib.
Digər şəxs, 2010-cu il təvəllüdlü Mirkamil Mirəli oğlu Seyidovun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.