Bakının Xətai rayonunda 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Xətai Rayon Polis İdarəsi narkotik vasitələrin satışını təşkil edənlərə qarşı əməliyyat keçirib, rayon sakinləri Afiq Quliyev, Ramilə Qurbanova və Nicat Əliyev saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirlıyinin dekabrın 25-də yaydığı məlumatda deyilir.
Həmin şəxslərdən 10 kiloqrama yaxın heroin, marixuana, psixotrop tərkibli metadon həbləri və metanfetamin aşkar olunub. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Məlumata görə, 2023-cü ilin noyabr-dekabr aylarında idarə əməkdaşları tərəfindən 43 nəfər saxlanılıb.