USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Sərxan Tağıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Foto.info.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Tağıyev 5 il 11 ay 27 gün azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Sərxan Tağıyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O, zərərçəkmişlərə ümumilikdə 186 min manatlıq ziyan vurub.