USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Ağcabədi rayonunda sakinlərdən odlu silahlar götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindən bir ədəd yivli silah tapılaraq müvafiq qaydada götürülüb.
Bundan əlavə qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsinin təmin olunması istiqamətində də profilaktiki tədbirlər davam etdirilir. Polis əməkdaşları tərəfindən daha iki müxtəlif kalibrli odlu silah da təhvil götürülüb.