USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
“Neftçi” və “Pendikspor” -a qarşı doğma meydanda iki matçımız olacaq. Daha həvəsli və sürətli oyun gözləyirəm”.
Bu sözləri Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Güneş Türkiyə Super Liqasının I turunda “Fatih Karagümrük”lə matçdan (1:0) sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis zədəli olan Raşid Gezzalın durumu haqqında da danışıb: “O, getdikcə yaxşılaşır və hazırda fərdi məşqlərə başlayıb”.
Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında Bakıda “Beşiktaş”a 1:3 hesabı ilə məğlub olub. Cavab qarşılaşması avqustun 17-də İstanbulda olacaq.