TƏBİB a çıqlama verib: “Bloqer Nicat Şakirlinin vəziyyəti stabildir”.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Foto.info.az -ın yol-nəqliyyat hadisəsində qolunu itirən bloqerin vəziyyəti ilə bağlı sorğusuna cavab olaraq bildirilib.
“TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilən Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır. Hazırda həkim nəzarəti altında lazımi müayinə və müalicələri davam etdirilir”.
Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.
Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimovn törətdiyi yol qəzasında ölən şəxsin kimliyi məlum olub.
Foto.info.az "Unikal"a istinadla xəbər verir ki, qəzada həlak olan Gəncə şəhər sakini 1995-ci il təvəllüdlü Məmmədov Ruslan Şahin oğludur.
Qeyd edək ki, o, tanınmış iş adamı Şahin Məmmədovun oğludur.
Ş.Məmmədov Gəncədəki “İmperial” şadlıq evinin sahibidir.