USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Foto.info.az -a verilən məlumata görə, keçirilən tədbir zamanı rayon sakini İlyas Ağayevdən müvafiq sənədləri olmadan saxladığı ov tüfəngi aşkar edilərək götürülüb.
2023-cü il ərzində isə rayon polis şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlərlə müvafiq sənədləri olmayan ümumilikdə 36 tüfəng vətəndaşlardan aşkar edilərək götürülüb.