USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Avqustun 5-də Belarusun ev sahibliyi etdiyi MDB ölkələrinin Oyunlarının cüdo yarışlarında Azərbaycan cüdoçuları üç qızıl və iki bürünc medal əldə ediblər.
Yarışın ilk günündə qızlar və oğlanlar arasında səkkiz çəki dərəcəsində 16 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Oğlanlar arasında -50 kiloqram çəkidə Nihad Məmişov, -55 kiloqram çəkidə Ayxan Mirzəzadə və -66 kiloqram çəkidə Cəsur İbadlı bütün görüşlərində qalib gələrək qızıl medal qazanıblar.
Qızlar arasında -40 kiloqram çəkidə Xədicə Abdullayeva və -52 kiloqram çəkidə Aytən Verdiyeva yarışın bürünc medalını qazanıblar.