USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Bərdədə Yuxarı Qarabağ kanalında batan 20 yaşlı oğlanın meyiti tapılıb.
Ötən gecə 2003-cü il təvəllüdlü Kamran Müzəffər oğlu Eyvazovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, iyulun 24-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu axtarışlara başlayıb və gecə saatlarında boğulmuş şəxsin meyitini çıxarıb.
Qeyd edək ki, kanalda batan şəxs Vətən müharibəsi iştirakçısı olub.